İvanişvilinin Bakıya xəyanəti... – Gürcü politoloqlar Siyasət

İvanişvilinin Bakıya xəyanəti... – Gürcü politoloqlar

Gürcüstan hökuməti dizel yanacağıyla bağlı tətbiq etdiyi yeni standartdan istifadə edərək, Azərbaycan şirkətləri yerinə bazara Rusiya şirkətlərini buraxmaq istəyir.
Bunu “Xab Corciya” nəqliyyat məsələləri üzrə platformanın icraçı direktoru Vaso Uruşadze deyib.
“Biz arxasında kölgə bəyanatların dayandığı yaşıl iqtisadiyyat haqqında çox bəyanatları xatırlayırıq. Bu halda biz əminik ki, bu belədir. Belə ki, real olaraq “Avro-5” standartlı dizel yanacağının tətbiqi Gürcüstanda olan avtoparka necə təsir etməsinə dair tədqiqat mövcud deyil. Burada söhbət neft məhsulları bazarının yenidən bölüşdürülməsindən gedir. Hər kəsə yaxşı bəllidir ki, strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana dizel yanacağının 40%-ni tədarük edir. Bu nizamlamanın tətbiqi sayəsində Azərbaycanın neft məhsulları tam olaraq bazardan çıxacaq. Hər kəsə bəllidir ki, 2012-ci ildən Azərbaycan “Avro-5” standartına keçir, amma burada bir il udmaq lazımdır ki, Azərbaycan bazardan düşsün və onu Rusiya şirkətləri əvəz etsin. Bu şirkət “Rosneft” və onun Gürcüstandakı nümayəndəsi “Petrokas”dır ki, onlar da ölkənin qeyri-rəsmi hakimləri ilə əlaqəlidirlər”, – deyə o bildirib.
Gürcüstanın Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya isə Gürcüstan hökumətinin yeni standartlara keçidi bir il müddətinə - Azərbaycanın “Avro-5” standartlı dizel tədarük etmək imkanı yaranana qədər təxirə salmaq imkanının olduğunu bildirib:
“Əgər belə olmasa, yanacağın qiyməti bazarda daha da bahalaşacaq. Bu bahalaşma 20% miqdarında olacaq”.
Qeyd edək ki, Gürcüstan 2020-ci il yanvarın 1-dən etibarən dizel yanacağı ilə bağlı yeni standarta keçdiyini açıqlayıb. Bu qərara əsasən, artıq ölkədəki Avro-4 standartlı yanacaq Avro-5-lə əvəz edilməlidir.
Azərbaycan isə Avro-5 istehsalına 2021-ci ildən başlayacaq.