“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
11 Dekabr 2019 15:57
1 533
Elxan Şahinoğlu: “Buna görə də Moskva ilə Vaşinqton dialoqdan imtina etmirlər”
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Maykl Pompeo, bunun ardınca Ağ Evdə prezident Donald Trampla görüşdü. İki ölkə arasında müxtəlif mövzularda fərqli yanaşmalar olsa da, Moskva və Vaşinqton dialoqu davam etdirirlər. Bu hər zaman belə olub”. Bunu “Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, “soyuq müharibə” illərində belə iki ölkə öz aralarında müxtəlif mövzuları müzakirə edib, bəzi məsələlərdə ortaq məxrəcə gəlməyə çalışıb: “Buna baxmayaraq, həm Vaşinqton, həm də Moskva keçmiş illərdə olduğu kimi indi də öz bildiyini edir. Rusiya Gürcüstana müdaxilə edəndə və ya Krımı işğal edəndə Vaşinqtonun mövqeyini heç saydı. Amerika da Şərqi Arvopada raketlər yerləşdirəndə, əvvəlki razılaşmaların əleyhinə olaraq İrana qarşı sanksiyalar tətbiq edəndə və ya Ukraynaya silahlar verəndə Rusiyanın mövqeyini heç saydı. Çünki maraqlar fərqlidir. Ancaq bu fərqli maraqlar Amerika ilə Rusiya arasında birbaşa qarşıdurmaya imkan verməməlidir. Buna görə də Moskva ilə Vaşinqton dialoqdan imtina etmirlər”.
11:24
651
1 Noyabr 17:13
1 344
1 Noyabr 16:44
1 512