"Bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb" Siyasət

"Bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb"

"Azərbaycada dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib".
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın dünən keçirilən iclasında deyib.
Məzahir Pənahov bildirib ki, vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür:
“Biz əlimizdən gələni etməliyik ki, seçicilər fəal şəkildə seçkilərdə iştirak etsinlər. Düzdür, bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə aşağı olur, ancaq biz arzu edirik ki, bu rəqəm yüksək olsun”.
Məzahir Pənahov vurğulayıb ki, bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz gəlib səs versinlər.
Məzahir Pənahovun sözlərinə görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib, həmin müraciət edən şəxslərinin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub.