“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində...” Siyasət

“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində...”

Fuad Hüseynzadə: “Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır”

“Sevindirici haldır ki, iyulun 12-də Tovuz istiqamətində Ermənistanın təxribatlarına dünya azərbaycanlıları da səssiz qalmadı”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə deyib. O, bildirib ki, müxtəlif ölkələrdəki soydaşlarımız beynəlxalq təşkilatlara bəyanatlar yaydılar, eyni zamanda Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısıda etiraz aksiyaları keçirdilər: “Bütün bunlarlar soydaşlarımız dövlətimizə və ordumuza dəstək olduqlarını göstərdilər. Biz bir daha şahidi olduq ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq vətınlə nəfəs alır və Qarabağ uğurunda savaşa hazırdır. Belə etiraz aksiyaları ilə dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdilər. Ermənistanın Tovuz döyüşündə uduzması və ABŞ Konqresində Dağlıq Qarabağla bağlı qərar qəbul edilməsi ermənilərdə qıcıq yaradıb. Məhz buna görə də ermənilər xüsusən ABŞ-da kütləvi şəkildə küçələrə çıxaraq azərbaycanlılara öz aqressiyalarını göstərdilər. Soydaşlarımız tərəfindən bütün bu tədbirlər icazəli şəkildə həyata keçirilib. Lakin ermənilər hər zaman ki kimi öz təxribatlarını davam etirdilər və barbarlıqlarını göstərdilər. Biz onların bu barbar simlarını Los-Anceles, Brüssel və digər şəhərlərdəki son hadisələrdə bir daha gördük. Soydaşlarımızın dinc şəkildə keçirdikləri etiraz aksiyalarında güc tətbiq etdilər. Və bir neçə həmvətənimizə xəsarət yetirdilər. Bununla yanası, qeyri-etik ifadələr işlədərək mənfur simlarını nümayiş etdirdilər.
Ermənilər bu əməllərini bütün dünyanın gözü qarşısında etdilər. Sivil mübarizədən uzaq olan erməni lobbisinin bu barbarlığı bir daha göstərdi ki, rəsmi İrəvanının normal qanunlara və strategiyaya əsaslanan diaspor siyasəti yoxdur. Erməni diasporu sanki hələ də qədim insanlar kimi, daş atmaq, fit çalmaq "strategiyası"na əsasən fəaliyyət göstərir. Ermənilərin bu kimi qeyri-etik davranışları elə özlərinin mediasındada narazılıqla qarşılanıb. Bu bir daha Ermənistanın diaspor siyasətinin dünya ictimaiyyətinin qəbul edəcəyi səviyyədə olmadığını göstərir.
Diqqət çəkən məqam odur ki, ifrat irqçi, ABŞ-ın Kaliforniyan ştatının Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Ermənistanın diaspor işləri üzrə müvəkkili təyin edilib. Bu vəzifə 2019-cu ilin iyun ayında Ermənistanın diaspor üzrə nazirliyin ləğvindən sonra yaradılıb. Paşinyandan belə bir təxribatçını, şovinisti vəzifəyə gətirməsi gözlənilən idi. O, öz xislətinə uyğun olaraq bu vəzifəyə adam seçib. Paşinyanın Zare Sinanyanı belə vəzifəyə gətirməkdə məqsədi Ermənistanın diaspor siyasətini gücləndirmək idi. Hansı ki, bu da alınmadı. Məsələ ondadır ki, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır. Eyni zamanda xaricdəki soydaşlarımızın son zamanlar sürəkli keçirdikləri etiraz aksiyaları ermənilərin iç üzünü bir daha göstərir. Buna görə də ermənilər ənənəvi taktika seçərək təxribata əl atırlar.
Azərbaycan dövləti buna qarşı ardıcıl siyasət həyata keçirir. Azərbaycan diasporu ermənilərin işğalçılıq siyasətini önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır”.

Əli Zülfüqaroğlu