
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər Şərqi Aralıq dənizində baş verən proseslərə ən ədalətli yanaşmadır. Dövlət başçısının bu dəstəyi Türkiyədə böyük rəğbətlə qarşılandı. Qardaş Azərbaycan hər zaman Türkiyəni tərəddüdsüz dəstəkləyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Orxan Erdem söyləyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev haqlı olaraq açıq şəkildə yunan səfirə dedi ki, Azərbaycan Yunanıstan, Ermənistan və Kipr arasında hərbi əməkdaşlıqdan narahatdır. Prezidentin bu sözləri Azərbaycanda olduğu kimi, Türkiyədə də dəstəkləndi. Biz də hesab edirik ki, bu hərbi əməkdaşlıq yolverilməzdir.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Prezident İlham Əliyev hər dəfə Türkiyəni dəstəkləyən bəyanatlarla çıxış edəndə qürur hissi yaşayırıq. Bu, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirir”, - deyə deputat bildirib.