İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
21 Oktyabr 2020 12:46
1 708
Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq.
Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.
Baş katib Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərinə raket hücumu nəticəsində dağılan ərazilərini gəzib. O, düşmənin mülki yaşayış məntəqələrinə və dinc əhaliyə raket hücumlarını sərt dillə qınayıb:
“Türk dilində danışan ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və zəfər diləyirik”.
B.Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü təməlində, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə sülh yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib.