Savalan dağı ətəklərində tutulan fəallardan 3-ü azadlığa buraxılıb Güney Azərbaycan

Savalan dağı ətəklərində tutulan fəallardan 3-ü azadlığa buraxılıb

Avqustun 14-də (mordadın 23-də) Savalan dağı ətəklərində tutulan fəallardan 3-ü mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Həmid Qüvvəti, İsa Əzizi və Rza Qomi 100 milyon riallıq mülıki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Həmçinin Cəfər Rüstəmiradın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən Meşginşəhr zindanından Ərdəbilin ETTELAAT şöbəsinə intiqal edildiyi bildirilir. Digər tutuqlu fəallar isə avqustun 17-dən (mordadın 26-dan) qanunsuz saxlanma və müvəqqəti azadlığa buraxılmaları üçün 10 milyonluq mülki vəsiqə qərarının çıxarılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb və hələ də aksiyanı davam etdirirlər.
Xatırladaq ki, Keçmiş illərdə olan kimi bir qrup milli-mədəni fəal avqustun 15-də Savalan dağı zirvəsinə çıxmaq istəyib. Lakin təhlükəsizlik qüvvələri Savalanın sığınacaq (pənahqah) caddəsində yolu kəsərək əksər fəalların zirvəyə çıxmasına mane olub. Məmurların gözündən yayınıb yollarını davam etdirən fəallar isə avqustun 14-də yerli vaxtla saat 20 radələrində Savalan dağının ətəklərində (pənahqahda) təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.
Keçmiş xəbərlərimizdə tutulan fəalların kimliyi barəsində məlumat verilib:
Rəhim Qulami, Aydın Zakiri, Meysəm Colani, Cəfər Rüstəmirad, Səid Hüseyni, Həmid Qüvvəti, Həbib Nigəhban, İsa Əzizi, Həsən Colani və Rza Qomi.