Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
20 May 2020 15:22
38 976
Təbriz Şəhər Şurasının sözçüsü və Təbriz İşçilər Evinin icra katibi Kərim Sadıqzadə Təbrizi koronavirus pandemiyası nəticəsində 45 min işçinin işsiz qaldığını bəyan edərək, onların çoxunun otelçilik və turizm sahələrində çalışdığını deyib.
Təbriz Şəhər Şurasının növbəti iclasında danışan Sadıqzadə dövlətin işsiz qalan işçilər barəsində verdiyi sözləri yerinə gətirmədiyini bildirib. O həmçinin deyib ki, işsiz qalanlara 3 ay işsizlik sığortası ödənilməli olduğu halda, rəsmilər tərəfindən bu ödəmələr hələ həyata keçirilməyib. Təbriz Şəhər Şurasının üzvü İran rəsmilərinin işsizlərə yanaşmasını "özünü yuxuya vuran insanlar" kimi təsvir edib.
“Bu gün ölkədə vətəndaşları danışmaqla, vəd verməklə sevindiririk, amma əməl etməkdən xəbər yoxdur”- deyə o qeyd edib.
Sadıqzadənin mart ayında virusa yoluxaraq, Təbrizdə xəstəxanada yatırıldığı haqda xəbərlər verilmiş, ancaq o, bir müddət sonra sağalaraq işinə qayıtmışdı.
İranın Əmək Nazirliyinin Dəstək və İşsizlik Sığortası şöbəsinin baş direktoru Məsud Babayi aprelin 28-də mətbuat konfransında İranda ümumi 760 min işçinin koronavirus səbəbindən işsiz qalaraq, işsizlik sığortasından faydalanmaq üçün nazirliyə müraciət etdiklərini bildirsə də, nazirlik tərəfindən bunlardan 650 min nəfərin sığortadan faydalanması uyğun görülüb.
Babayi işsizlik sığortası üçün İran dövləti tərəfindən 5 milyard tümən vəsait ayrıldığını bildirsə də, 18 gün sonra mayın 16-da verdiyi başqa bir müsahibədə bu büdcənin dövlət tərəfindən ödənmiş olmadığın bildirib ki, o səbəbdən işsiz qalan işçilər sığortalarından istifadə edə bilməyib.
İran Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, son günlərdə İranda ümumi olaraq virusa yoluxanların sayında bir daha artım müşahidə edilib. Ayrıca həmin məlumata əsasən, Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxanların statistikaları digər vilayətlərlə müqayisədə daha çox artdığına görə, vilayətdə böhranlı durum davam etməkdədir və gələn günlərdə vəziyyət daha da ağırlaşa bilər.
14 Noyabr 10:06
2 016
13 Noyabr 10:21
2 562
12 Noyabr 12:11
2 975