11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
24 İyul 2020 12:45
40 838
Koronavirus pandemiyası Azərbaycanda avtomobil satışına da təsir edib.
Bu barədə "Toyota" Bakı Mərkəzinin PR meneceri Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il mərkəzdə daha az avtomobil satılıb: "Pandemiya ümumilikldə Azərbaycanın avtomobil bazarına, o cümlədən də "Toyota" markasının satışına təsir göstərib. Bizdə satış təxminən 30 faiz azalıb. Bilirsiniz ki, hazırda avtomobil satış salonları karantinə görə bağlıdır, yalnız onlayn fəaliyyət göstərir. Hazırda satış yalnız telefon və internet üzərindən həyata keçirilir. Lakin avtomobillərin gətirilməsində hansısa problem yoxdur".
Şirkət nümayəndəsi bildirib ki, əvvəllər müştərilər daha çox böyükhəcmli mühərriki olan avtomobillərə üstünlük verirdilərsə, indi belə deyil: "Hazırda daha çox "RAV-4" avtomobillərinin satışı yüksəkdir. Bu maşınlar nə çox böyük, nə də çox kiçik avtomobil olduğundan müştərilərdə bu markanın alışına maraq artırıb".
E.Cəfərov "Toyota" markasının brendinin dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: "Toyota”nın loqosu yalnız Avropa qitəsində dəyişdirilir və Azərbaycan da Avropanın bir parçası olduğu üçün burada da həmin dəyişiklik olacaq. Digər qitələrdə hələ ki, bu loqo dəyişməz olaraq qalır”.
4 Noyabr 12:28
3 353
4 Noyabr 12:28
3 101
30 Oktyabr 10:53
4 760