Bir qrup azərbaycanlı fəal və yazıçı BMT nümayəndəsi Əhməd Şəhidə məktub yazıb Güney Azərbaycan

Bir qrup azərbaycanlı fəal və yazıçı BMT nümayəndəsi Əhməd Şəhidə məktub yazıb

Bir qrup azərbaycanlı fəal və yazıçı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İran üzrə insan haqları nümayəndəsi Əhməd Şəhidə məktub yazıblar.
Məktubda deyilir: "Siz öz hesabatlarınızda da işarə etdiyiniz kimi İran dövləti qeyri-fars millətlər və dini azlıqların hüquqlarını pozmaqla fəalları təzyiq altında saxlayır. Azərbaycan millətinin fəalları, aydınları, sənətçiləri, yazıçıları və jurnalistləri də illərdir saxta bölücülük və pantürkizm ittihamı ilə İranın təhlükəsizlik orqanlarında işgəncə edilib, ədalətsiz məhkəmələrdə uzun müddətli həbslərə məhkum edilirlər. İndi sizə bu məktubu yazarkən onlarla azərbaycanlı insan haqları müdafiəçisi və jurnalist Təbriz, Zəncan, Ərdəbil, Kərəc, Tehran və s. şəhrlərin zindanlarında həbsdədirlər və bəzilərinin taleyindən də xəbər yoxdur. Cənab Əhməd Şəhid! Hüseyn Əlizadə azərbaycanlı yazıçı və fəallardan biridir. O 2013-cü il delabrın 25-də Təbrizdə öz iş yerində şəxsi geyimli qüvvələr tərəfindən tutulub və naməlum yerə aparılıb. Saxlanıldığı müddətdə onun haqqında heç bir məlumat verilməyib və 1 ay döyülərək işgəncə ediləndən sonra nədə ittiham edilməsi haqqında heç bir məlumat vermədən Təbriz zindanına salınıb. Biz sizdən BMT-nin İran üzrə insan haqları nümayəndəsi olaraq istəyirik ki, Hüseyn Əlizadə və onlarla azərbaycanlı fəalın taleyi və azad edilməsi üçün çalışasınız və beləliklə həmin fəalların ailələrini nigaranlıqdan çıxarasınız."