İranda etiraz aksiyaçıları: “Fransa səfiri ölkədən çıxarılsın” Güney Azərbaycan

İranda etiraz aksiyaçıları: “Fransa səfiri ölkədən çıxarılsın”

Tehranda Fransa səfirliyi qaşısında kütləvi etiraz aksiyası keçirilib.
Dünən keçirilən etiraz aksiyaları Fransanın "Charlie Hebdo" jurnalının ikinci dəfə həzrət Məhəmməd(s) peyğəmbərlə bağlı karikatura dərc etməsi ilə əlaqədar həyata keçirilib.
Etirazçılar Fransa səfiri də daxil olmaqla bu ölkənin diplomatik nümayəndəliyinin ölkədən çıxarılmasını tələb ediblər.
İranın "Bəsic" (hökumət tərəfdarları yarımsilahlı dəstələr) təşkilatının dəstəyilə təşkil edilən aksiyada etirazçılar, həmçinin, İranın Xarici İşlər nazirliyini "Charlie Hebdo"nun təhqiredici addımına lazımi cavab verməməkdə ittiham ediblər.