Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
19 İyul 2019 12:30
18 270
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.
“Qodzilla” qrupun və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”-də seminar keçəcək.
Dünya şöhrətli UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.
Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”-nin idman zalında təşkil olunacaq.
Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.
24 Oktyabr 17:07
1 190
24 Oktyabr 15:34
1 162
24 Oktyabr 10:30
1 330