11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
8 May 2020 17:13
9 030
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında müvəqqəti dəyişikliklər edib.
Bunlar koronavirus pandemiyası üzündən dayandırılan turnirlərin 2020-ci il dekabrın 31-dək keçiriləcək oyunlarına tətbiq ediləcək.
Bu müddətdə komandalara 5 əvəzetmə hüququ veriləcək. Bunlar 3 dəfəyə gerçəkləşməlidir. Həmçinin fasilədə dəyişiklik etmək mümkündür.
Əlavə vaxtın oynanıldığı matçlarda bu rəqəm 6-ya yüksələ bilər. Bu, həmin turnirdə əlavə əvəzetməyə öncədən icazə verildiyi hallarda mümkün olacaq.
Qeyd edək ki, FİFA tərəfindən irəli sürülən bu təklif futbolçuların sağlamlığını qorumaq məqsədi daşıyır.
11 Noyabr 16:08
875
11 Noyabr 13:47
910
8 Noyabr 17:04
1 904