ABŞ-ın kəşfiyyat xidməti işçi tapmır Dünya

ABŞ-ın kəşfiyyat xidməti işçi tapmır

ABŞ-ın Federal Təhqiqatlar Bürosu mütəxəssis problemi səbəbindən ağır günlər yaşayır. Son illər ölkədə əmək qabiliyyəti çatışmazlığı ilə bağlı özünə işçi, xüsusilə casus tapmaqda çətinlik çəkən FTB tətbiqetmə meyarlarını genişləndirib, hətta menecerlərə, məktəb terapevtlərinə, fiziklərə müraciət edib. ABŞ mediası qeyd edir ki, FTB-yə edilən iş müraciətlərinin sayı 2009-cu ildə 68500 olduğu halda, 2018-ci ildə 11500 olub. İş üçün müraciətlərin azalması səbəbindən FTB azlıqlar və qadınlar vasitəsilə boşluqları doldurmağı hədəfləyir.
FTB-nin kadrlar idarəsinin rəhbəri Peter Sursi mətbuata deyib ki, son illər xüsusilə agent kimi işə düzəlmə müraciətlərinin sayının kəskin şəkildə azalmasını anlamağa çalışırlar. Onun sözlərinə görə, hər il FTB-yə 16 min namizəd müraciət edir, bunun 900 nəfəri özəl agent olmaq istəyindədir. Lakin son illər bu sayda kəskin azalma var.
FTB-nin statistikasına görə, burada işləyənlərin 67 faizi ağ dərili şəxslərdən ibarətdir. Bu səbəbdən kadr problemi ilə üzləşməmək üçün FTB azlıqların nümayəndələri və qadınları , habelə məktəb terapevtləri, şirkət idarəçiləri kimi peşə sahiblərini təşviq edir. Mətbuat qeyd edir ki, bu təşəbbüslər sayəsində FTB-yə müraciət edən 11500 nəfərdən 47 faizi azlıqların, 26 faizi qadınlardan ibarət olub.