Sarkisyan Putinin əzablarına dözməlidir Dünya

Sarkisyan Putinin əzablarına dözməlidir

Ermənilərin etirazları Moskvanın vecinə deyil

Cavid

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Gümrü şəhərində Rusiya hərbçisi tərəfindən erməni ailəsinə qarşı törədilmiş qətliamdan danışıb. O, Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının görüşündə deyib ki, erməni ailəsinin öldürülməsi Moskva-İrəvan müttəfiqliyinə təsir göstərir, amma ciddi sıxıntı yarada bilər: "Bu cinayət işi barədə ciddi araşdırma aparılır, lakin Ermənistan bütün hallarda Rusiya ilə strateji müttəfiqlik və dostluğunu davam etdirəcək və gücləndirəcək.
Hazırda əsgər Rusiya hərbi bazasının ərazisində saxlanır və iş üzrə istintaqın davam etdirilir. 1995-ci ildə Gümrüdəki baza yaradılarkən İrəvan və Moskva arasında imzalanmış sazişə görə cinayət törətmiş əsgər Ermənistan qanunları ilə mühakimə edilməlidir. Lakin Moskva Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz. Lakin rus əsgərinin İrəvanda mühakimə olunması barədə qərar verilib".
Qeyd edək ki, yanvarın 12-də Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri Permyakov Gümrüdə bir ailənin 6 üzvünü öldürmüş, altı aylıq körpəni isə yaralamışdı. Yaralanan altı aylıq uşaq Serj Avetisyan isə yanvarın 19-da ölüb.
Ermənistanın "Joqovurda" qəzeti məlumatında isə bildirilir ki, Avetisyan ailəsinin 7 üzvünü öldürən rus hərbçi Permyakov saxlanıldıqdan bir gün sonra Gümrüdə yerləşən xəstəxanalardan birinə aparılıb.
Qəzetin əldə etdiyi məlumata görə, Permyakov döyülüb və səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılaraq müxtəlif testlərdən keçirilib. O daha sonra Gümrüdə yerləşən 102 saylı hərbi bazaya aparılıb.
"Joqovurda" qəzetinin iddiasına görə, xəstəxanada çalışan həkim və işçilər Permyakovun səhhətində yaranan problemlərlə maraqlanmaqdan imtina ediblər.
Məlum hadisə ilə bağlı ermənilərin rəsmi Moskvaya qarşı hiddəti isə səngimək bilmir. İşğalçı ölkədə ara-sıra etiraz aksiyaları davam edir, yerli mediada Rusiya ittihamlanır və rus əsgərlərinin ölkəni tərk etməsi, rus məktəblərinin bağlanılması istənilir. Amma rəsmi Moskva ermənilərin bu çağırışlarını ciddiliyə almır.
Politoloq Vəfa Quluzadə Gümrüdə rus məktbələrinin bağlanmasına və bəzi hərbçi ailələrin Rusiyadan köçürülməsinə münasibət bildirərkən deyib ki, ermənilər onsuz da çoxdan öz canlarını Rusiyadan qurtarmaq istəyiblər, amma heç cürə qurtara bilməyiblər.
Politoloqun sözlərinə görə, Rusiya burada yerini möhkəmləndirib: "Çünki, Ermənistan onların Cənubi Qafqazda yeganə dayağıdır. Əgər ermənilər bu dəfə dirəniş göstərə bilsələr bu, böyük uğur ola bilər. Birincisi, onlar müstəqilliklərini əldə edib müstəqil dövlət olar və qonşuları ilə normal əlaqələr yarada bilərlər. Sözsüz ki, torpaqlar azad olunacaq. Ermənistana onsuzda torpaqlar lazım deyil. Dağlıq Qarabağ Rusiyanın birinci propersi idi. İndi Ukraynada onlar Qarabağ variantını işlədirlər. Luqansk, Donestki separatçıların adı ilə işğal edirlər və özləri onlara dəstək verirlər, silahlandırırlar. Beləcə onlar Ukraynanı girovda saxlamaq istəyirlər. Bu mənada ermənilər oradan çıxsalar bu, böyük bir tarixi hadisə olar".
Ekspert Elşən Həsənov isə bildirib ki, ermənilər heç zaman rusların yaxasından əl çəkən deyillər: "Gümrüdə baş verən olay ermənilərə növbəti dərs olmalıdır. Bu millət daim rusların yedəyində olduğundan indi onların etirazları reallıqla uyğunlaşmır. Yəni bu gün Ermənistan Rusiyasıa ayaq üstə dura bilməz. Rusiya Ermənistanın üzərindən əlini çəkərsə ölkə tamamilə batacaq. Bunu əsaslandıran amillər çoxdur. Əgər bir ölkənin ki sərhədlərini başqa ölkənin əsgərləri qoruyursa onda ö, necə müstəqil ola bilər. Rusiya tamamilə Ermənistanı inhisara keçirib. İndi orada rus hərbçisinin hər hansı hadisə törətməsini gərək ermənilər adi hal hesab etsinlər. Mənə elə gəlir ki, bu hadisə ilə bağlı ermənilərin əndişələnməsinə heç bir səbəb yoxdur. Sadəcə bu bir görüntüdür ki, ermənilər şou göstərirlər. Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, Rusiyanın quyruğundadır. Rus hərbçiləri heç zaman oradan çıxmazlar. Bunu Sarkisyan da istəməz. Rusiya Ermənistanda nə qədər cinayət törətsə də, ölkəni çapıb, talasa da Sarkisyan hakimiyyəti buna dözəcək. "
Onu da bildirək ki, Ermənistanın Gümrü şəhərində 7 nəfəri öldürmüş rus əsgər Rusiya məhkəməsində mühakimə ediləcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın "Qala-TV" telekanalına bildirib. "Məhkəmə Rusiyaya məxsus olacaq və Rusiya qanunverijiliyi bu kimi dəhşətli cinayətlərə qarşı çox amansızdır", - deyə Peskov vurğulayıb.
Bununla da, ermənilərin rus əsgərə Ermənistanda divan tutmaq niyyətinin üzərində xətt çəkdi. Moskva Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.
Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.
Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.