Gürcüstanın daxili işlər naziri istefa verib Dünya

Gürcüstanın daxili işlər naziri istefa verib

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə bəyanat yayan nazir bildirib ki, istefasına səbəb 2006-cı ildə Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olanları gizlətməkdə ittiham edilməsi olub.
"Baş nazirə istefa barədə müraciət etmək istəyirəm. Guya mən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olan adamları gizlədirəm. Bu ittihamı yalan hesab edirəm və mənəvi məsuliyyət hiss edib vəzifəmdən istefa verirəm" - deyə nazir vurğulayıb.
Nazir deyib ki, faciə baş verən zaman Gürcüstanda olmayıb: "İstintaq davam edir və mən bu prosesdən kənarda durmağı doğru hesab edirəm. Ümid edirəm ki, yaxın vaxtlarda hər şey öz adı ilə çağırılacaq".
Xatırladaq ki, yanvarın 20-də Kaspi rayonunun Karub kəndində hüquq müdafiəçisi Yuri Vazaqaşvili oğlu Zurab Vazaqaşvilinin qəbrini ziyarət edərkən törədilən partlayış nəticəsində öldürülüb. Zurab Vazaqaşvili isə 2006-cı ilin mayın 2-də polis qrupları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.