Rus hərbçiləri erməni qəsəbəsinə hücum etdi Dünya

Rus hərbçiləri erməni qəsəbəsinə hücum etdi

Suxumidə sərxoş rus hərbçiləri ermənilərin kompakt şəkildə yaşadıqları qəsəbədə 8 ailəyə basqın ediblər.
Bu barədə "Naşa Abxaziya" saytı məlumat yayıb.
Məlumata görə, əsasən etniklərin məskunlaşdığı və daha çox ermənilərin yaşadığı həmin qəsəbə Qumista çayının sahilində yerləşir.
Bildirilir ki, hərbçilər qəsəbəyə zirehli və UAZ markalı maşınlarda giriblər. Onlar hücum etdikləri evlərdən zorla pul və qızıl-zinət əşyaları tələb ediblər. Bundan başqa, portağalla dolu bir yük maşınını da ələ keçiriblər. Amma məhsul xarab olduğundan onu Eşeri körpüsünün yanında atmalı olublar. Basqın zamanı hərbçilər yerli erməni əhalisinə fiziki güc də tətbiq ediblər. Onlardan biri – 76 yaşlı Lyusya Köçəryan xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
İnsidenti separatçı Suxumi polisi araşdırır. Əhalinin dediyinə görə, polisdən onlara bildirilib ki, günahkar hərbçilərlə bağlı materiallar Rusiya Müdafiə Nazirliyinə təqdim ediləcək və onların cəzalandırılması tələb olunacaq.