Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
26 Sentyabr 2022 12:47
3 045
Sumqayıt şəhəri, 65 nömrəli körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən əmək haqlarının düzgün hesablanıb ödənilməməsi barədə aparılan araşdırmanın nəticəsi açıqlanıb.
APA xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat paylaşıb. Onun sözlərinə görə, Nəzərli Sevda Fikrət qızının müdiriyyəti tərəfindən əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət araşdırılıb və cavablandırılıb:
“Bildiririk ki, S.Nəzərli orta ixtisas təhsillidir. Təhsil sahəsinə aid olan Vahid–Tarif İxtisas Sorğu Kitabçasına əsasən orta ixtisas təhsilli tərbiyəçilər üçün əməkhaqlarının ödəniş dərəcəsi 12-ci dərəcə ilə ödənilir.
S.Nəzərli tarif maaşı ilə yanaşı, ilin müəyyən vaxtlarında əvəzçilik üzrə işlədiyi iş saatlarına görə əmək haqqına əlavə alıb. Vətəndaşın narazılığı da məhz əvəzçiliyin daimi verilməməsi, verildiyi halda əmək haqqına əlavənin miqdarının düzgün hesablanmaması ilə bağlıdır. Qeyd edək ki, əmək haqqı və ona əlavə işçinin işlədiyi iş saatlarına uyğun olaraq tənzimlənir.
Qanunvericiliyin izahı və müraciətinin öz iştirakı ilə araşdırılması üçün Sevda xanım DƏMX-in Abşeron-Xızı regional şöbəsinə dəvət edilsə də, o müraciətinə dair izahat verməkdən, müvafiq sənədləri (əməkhaqlarının ödənilməsinə dair bank çıxarışı) təqdim etməkdən imtina edib.
Araşdırmanın nəticəsində təqdim olunmuş sənədlərə əsasən müəyyən olunub ki, onun maaşının hesablanıb ödənilməsi qanunvericiliyin tələblərinə uyğun təmin edilib”.
15 Noyabr 16:55
1 239
14 Noyabr 19:54
1 715
14 Noyabr 19:10
1 848