13:05
385
İsrail hərbçiləri İordan çayının qərb sahilinin bir sıra rayonlarında gərginliyin artması fonunda yəhudi məskunlaşanların iki forpostunu söküblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Bəyanata əsasən, hadisə cümə axşamına keçən gecə baş verib; forpostlar yəhudi məskunlaşanlar tərəfindən fələstinlilərin Qusra və Calud kəndləri ərazisində qanunsuz olaraq tikilmişdi. Tikililər İordan çayının qərb sahilinin 23,8%-ni təşkil edən "B zonası"nda yerləşirdi. Oslo sazişlərinə əsasən, orada mülki idarəetməni Fələstin Milli Administrasiyası həyata keçirir, hərbi nəzarət isə İsrail Müdafiə Ordusunda qalır.
Ordudan bildirilib ki, vəziyyətin qiymətləndirilməsinin yekunlarına əsasən həmin əraziyə İsrail ordusunun 51-ci batalyonunun hərbi qulluqçuları göndərilib. "Əsgərlər təhlükəsizliyin saxlanılması və bu ərazinin mühafizəsi üçün müdafiə tapşırıqlarını yerinə yetirəcək və ərazidə patrul xidməti aparacaqlar", — deyə məlumatda qeyd olunur.
Məryəm Quliyeva