Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
İran səfiri: İsrail ABŞ-ni regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır
31 Yanvar 2023 11:27
2 779
Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı Azərbaycan iqtisadiyyatında prioritet təşkil edir.
Bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Aqrar Məsləhət Xidmətləri üzrə Milli forum zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalında artım 27% təşkil edib.
"Bundan başqa, suvarma sahələrinin 50 min hektardan 200 min hektaradək genişləndirilməsi gözlənilir. Biz innovasiyaların inkişafına və kənd təsərrüfatı sahəsində texnologiyaların tətbiqinə prioritet əhəmiyyət veririk", - o qeyd edib.
S.Cəfərov həmçinin fermerlər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə genişmiqyaslı işlərin aparıldığını qeyd edib.
"Bugünkü gün fermerlərin sayı 600 mindən çoxdur. Onlar artıq bizim elektron xidmətlərimizdən, xüsusən sığorta xidmətləri üzrə geniş istifadə etməyə başlayıblar", - S.Cəfərov bildirib.
Nazir müavini kənd təsərrüfatının inkişaf strategiyasının məqsədlərinə nail olmaq üçün nazirliyin Aİ və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdyini deyib.
"Ümümdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə biz aqrar xidmətlər üzrə konsultasiyanın gücləndirilməsi üzrə layihə həyata keçirməkdəyik. Bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək", - o əlavə edib.