Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Mayın 24-də 56 mindən çox abituriyent II və III qrup üzrə imtahan verəcək
17 Dekabr 2023 13:44
3 108
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 350 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektin (ərzaq mağazası, məktəb ləvazimatları satışı mağazası, meyvə-tərəvəz satışı mağazası, məişət avadanlıqlarının təmiri sexi və aptek kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 52 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan sahəsi 40 m² olan meyvə-tərəvəz satışı mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.