08:34
560
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycan təcrübəsi post-münaqişə dövründə dayanıqlı şəhərsalma modeli kimi göstərilir. Tədbirin ən maraqlı mövzularından biri də işğaldan azad olunmuş Azərbaycan torpaqlarında "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası və yaşıl şəhər yanaşmasına xüsusi diqqətin ayrılmasıdır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Şuşa şəhərinin bərpası ayrıca tədbir iştirakçılarının diqqətinə çatdırılıb və burda müasir infrastrukturun tarixi-mədəni irslə uzlaşdırılması xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Burada tarixi abidələr, memarlıq üslubu, mədəni kimlik qorunub saxlanılmaqla paralel, yeni infrastruktur və müasir şəhərsalma siyasətinə və həmin irsə uyğun şəkildə işlərin qurulması, tədbir iştirakçılarının xüsusi maraq dairəsində olub. Şuşa və Ağdamı xüsusi olaraq qeyd etmək istəyirəm. Burada məqsəd şəhərləri yenidən tikmək yox, onların məhəllələrini, məsçidlərini, mədəniyyət ocaqlarını, konkret olaraq şəhərin ənənəvi üslubunu və irsini , tarixi ruhunu qoruyub saxlamaq əsas məqsədlərindən biri olub - politoloq deyib.
O, qeyd edib ki, bu şəhərlərin dirçəldilməsi xüsusi olaraq diqqət mərkəzində saxlanılıb və yeni tikililər, şəhərin köhnə görünüşü ilə vəhdət şəklində təşkil edilib. Məhz bu yanaşma tədbir iştirakçılarında böyük marağa səbəb olub və müasir şəhərsalma ilə mədəni irsin vəhdətini qorumaq modeli kimi qeyd etmək olar. Bu səbəbdən Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsinə kömək edəcək və ölkənin şəhərsalma siyasətinə və investisiya imkanları baxımından son illərin ən mühüm qlobal tədbirlərindən biri hesab olunaraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə təkan verəcək.
Cavid