7 Sentyabr 16:15
7 Sentyabr 14:52
Pentaqon İran yaxınlığında böyük bir taktiki hava qruplaşması saxlayır
Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər
ABŞ İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra 94 gəminin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb
20 May 17:24
2 758
Bu gün Qarabağ və Şərqi Zəngəzur Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sayəsində yenidən mühüm regional bağlantı mərkəzinə çevrilir.
Bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən “Urbisid və onun nəticələrinə dair panel sessiyası”nda Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O qeyd edib ki, tarixən bu ərazilər İpək Yolunun üzərində yerləşib və Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb: “Bu gün Qarabağ və Şərqi Zəngəzur Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sayəsində yenidən mühüm regional bağlantı mərkəzinə çevrilir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən əsas strateji bağlantı rolunu oynayacaq. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Qələbədən sonra bu layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Bütün avtomobil yollarının tikintisi artıq başa çatdırılıb, dəmir yolu inşası da tamamlanıb. Bununla paralel olaraq, Azərbaycanı İranla birləşdirəcək Araz çayı üzərində körpünün tikintisi də yekunlaşmaq üzrədir və bu körpü regional nəqliyyat-logistika əməliyyatlarının mühüm elementinə çevriləcək. Zəngəzur dəhlizinin tamamlanması regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq. Eyni zamanda, artıq fəaliyyət göstərən Zəngilan Beynəlxalq Hava Limanı yükdaşımaların hərəkətliliyini, əlaqəliliyi və investorlar üçün əlçatanlığı artıraraq regionun logistika potensialını dəstəkləyir. Xüsusilə maraqlı məqamlardan biri odur ki, dəhliz tam istifadəyə verilməzdən əvvəl belə logistika və sənaye şirkətləri tərəfindən böyük maraq müşahidə olunur. İnvestorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları çox yaxşı anlayırlar. Biz inanırıq ki, bu dəhliz ticarətin, logistikanın və turizmin genişlənməsinə, həmçinin minlərlə yeni iş yerinin yaradılmasına təkan verəcək”.
7 Sentyabr 15:00
1 001
7 Sentyabr 14:08
945
7 Sentyabr 11:24
1 001