“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
2 Aprel 2024 16:27
2 471
Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən 4 zeytun ağacının sərt budandığı müəyyən edilib.
"Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, - xidmət rəsmisi qeyd edib.
13 Dekabr 20:25
1 225
13 Dekabr 17:19
1 043
13 Dekabr 15:17
1 211