“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
5 Sentyabr 2024 08:49
6 398
Otuz yaşımda çıxarıldığım doğma yurduma 65 yaşımda qayıdıram. Şükür ki, bu günləri də görmək bizə nəsib oldu.
AZƏRTAC xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gültəkin Kərimova söyləyib.
Ağır köçkünlük həyatından bəhs edən Şuşa sakini bu cür şəraiti yaratdığına görə ölkə başçısına minnətdarlığını bildirib: "Mən Şuşada müəllim işləmişəm. O dəhşətli gündən sonra məcburi köçkün həyatımızı Bakıda Bilgəh qəsəbəsində yerləşən pansionatda yaşamışıq. Sevinirəm ki, öz doğma yurduma qayıdıram. Kədərlənirəm ki, bu illər ərzində doğmalarımızı itirdik, şəhidlər verdik. Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".
19 Dekabr 20:27
1 666
19 Dekabr 19:54
1 673
19 Dekabr 19:09
1 680