Milli Parkda konsert və atəşfəşanlıq olacaq Hadisə

Milli Parkda konsert və atəşfəşanlıq olacaq

Mayın 10-da Heydər Əliyevin doğum günü münasibətilə Bakıda Gül bayramı keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bayram şənliyi mayın 10-da saat 11.00-da Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında başlayacaq.
Saat 21.00-da isə Dənizkənarı Milli Parkda - Saat Qülləsinin yanında bayram konserti və atəşfəşanlıq olacaq.