Tramp İrana təşəkkür etdi
17 Aprel 17:29
17 Aprel 17:29
17 Aprel 11:20
17 Aprel 2025 18:37
2 401
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Samir Həziyev 4 il, Aydın Quliyev isə 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
17 Aprel 18:29
1 246
17 Aprel 16:50
1 295
17 Aprel 15:33
1 400