Alan Bersin Azərbaycanda səfərdədir Hadisə

Alan Bersin Azərbaycanda səfərdədir

ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi, beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda səfərdədir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Qlobal Təsis Konfransında iştirak etməkdir.
Bu gün A.Bersin konfransda "Təhlükəsizlik: xətlər və axınlar. Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik" mövzusunda çıxış edəcək.