28 Noyabr 23:42
28 Noyabr 23:32
28 Noyabr 23:21
10:26
672
Türk Dil Qurumu (TDK) Priştina Universitetinin Filologiya Fakültəsinin Türk Dili və Ədəbiyyatı kafedrasının müdiri, professor Dr. Ergin Jableyə türk dilinə verdiyi töhfələri və xidmətlərini nəzərə alaraq 2025-ci il “Türk dilinə xidmət mükafatı”nı vermək qərarı alıb.
Sözügedən qurum bu mükafatı hər il türk dilinin inkişafı, irəliləməsi və qorunması sahəsində gördüyü işlərlə iz buraxan şəxslərə təqdim edir. Bu il isə bu mükafatın professor Dr. Ergin Jableyə türk dili sahəsindəki orijnal, seçilən işləri və dəyərli xidmətlərinə görə verilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, mükafatın irəlidəki bir tarixdə təqdim edilməsi gözlənilir.