İƏT Qüdsün statusu ilə bağlı bəyanat yayıb Hadisə

İƏT Qüdsün statusu ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəsi haqqındakı qərarına qəti etirazını bildirib.
İƏT-in yaydığı bəyanatda deyilir ki, ABŞ-ın qərarı beynəlxalq qanunlara zidd olmaqla yanaşı, Qüds şəhərinin statusu haqqında beynəlxalq konsensusa da uyğun deyil.
Bildirilib ki, ABŞ-ın qərarı bölgədəki sabitliyi pozaraq yeni və mürəkkəb münaqişənin əsasıni yaradacaq. Qüds Fələstinin ərazisidir və bu şəhərdə müsəlmanlarla xristianlar mehribanlıq şəraitində yaşamalıdırlar.
İƏT Fələstin-İsrail münaqişəsinin siyasi dialoq yolu ilə həll edilməsinə tərəfdar olduğunu bir daha bəyan edib.
Bəyanatda o da bildirilib ki, dekabrın 13-də təşkilat üzvləri İstanbulda toplaşaraq məsələni müzakirə edəcəklər.