Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır Dünya

Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır

Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən istismara vermək istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tagesspiegel" nəşri məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qanun layihəsi Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb. Hakimiyyət orqanları ölkədə qaz qıtlığının yaranacağından ehtiyat edirlər.

Qaz anbarları operatorları assosiasiyasının qiymətləndirməsinə görə, qışın sərt keçəcəyi təqdirdə mövcud qaz ehtiyatları artıq yanvar ayında tükənə bilər.

Məryəm Quliyeva