"Binance" bütün şəbəkələrdə vəsait çıxarışını gələn həftə bərpa edəcək
ABŞ Ukraynaya NATO-ya üzvlük müqabilində Donbasdan çıxmağı təklif edib
Fars körfəzi ölkələri hücumlara görə İrandan təzminat tələb ediblər
Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır
Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
13:33
287.jpg)
Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) BMT Təhlükəsizlik Şurasını region ölkələrinə edilən hücumlar nəticəsində dəymiş ziyana görə İranı təzminat ödəməyə məcbur etməyə çağırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budeyvi dünya təşkilatının Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
"Biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu hücumlarda təqsirli bilinənləri məsuliyyətə cəlb etməyə və İranı vurduğu ziyanı ödəməyə məcbur etməyə çağırırıq", – deyə onun sözləri KƏŞ-in bəyanatında yer alıb. Regional qurumun məlumatına görə, fevralın 28-dən etibarən İran Fars körfəzinin ərəb ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı buraxıb.
Tehranla münasibətlərin tənzimlənməsi məsələsinə toxunan əl-Budeyvi vurğulayıb ki, gələcək hər hansı razılaşmalar Ərəbistan monarxiyalarının narahatlıqlarını nəzərə almalıdır. Onun sözlərinə görə, bu, İranın nüvə proqramına, ballistik raketlərin və PUA-ların hazırlanmasına, eləcə də regional qruplaşmalara dəstəyə aiddir. Baş katib həmçinin Fars körfəzi dövlətlərinin onların təhlükəsizliyinə toxunan istənilən danışıqlarda iştirakının zəruriliyini qeyd edib.
Məryəm Quliyeva