Azərbaycan Rusiyadan 12 döyüş helikopteri alıb Hadisə

Azərbaycan Rusiyadan 12 döyüş helikopteri alıb

Rusiyanın "Rosvertol" ASC 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri göndərib.
APA-nın məlumatına görə, bu barədə "Rosvertol" ASC-nin illik hesabatında bildirilib.
Azərbaycanın sifarişi 8,46 milyard rubl təşkil edib.
Şirkət ümumilikdə ötən il müştərilərinə 28 ədəd Mi-35M və 1 ədəd Mi-35MS helikopterinin çatdırılmasını təmin edib. Bunlardan 12 helikopter Azərbaycana, 4-ü İraqa ixrac olunub. Qalanlarını isə Rusiya Silahlı Qüvvələrinin silahlı qüvvələrinin sifarişi təşkil edib.