Bakı-Quba yolunda ağır yol qəzası Hadisə

Bakı-Quba yolunda ağır yol qəzası

Bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik və "Kamaz" markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.