Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
27 Noyabr 2020 10:51
1 757
Dövlət İmtahan Mərkəzi distant tədris və onlayn qiymətləndirmə platformalarının inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib.
DİM-dən bildirilib ki, noyabr ayından etibarən mərkəz distant tədris və onlayn qiymətləndirmə platformalarının inkişafı naminə yaradılan Moodle İstifadəçiləri Assosiasiyasının (MİA) üzvüdür.
MİA Moodle platformasının inkişafına töhfə verən əsas rəsmi qeyri-kommersiya təşkilatıdır. MİA bu platformanın istifadəçilərinə və əməkdaşlıq etdiyi təşkilatlara platformanın inkişafı üçün imkan yaradır.
Moodle 2002-ci ildən bəri Moodle Pty Ltd-nin rəhbərliyi ilə təhsil sahəsində onlayn mühit yaradaraq birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən, yüz minlərlə müəssisə və iş yerlərində istifadə olunan dünya miqyaslı açıq təlim platformasıdır.
Qeyd edək ki, DİM-in MİA üzvlüyü Moodle tətbiqindən istifadə edən DİM mütəxəssislərinə moodle alətlərinin əlçatan olması üçün şərait yaradacaq və onlara Moodle platformasının üstünlükləri, habelə yenilənmiş versiyaları barədə sürətli məlumat əldə etməyə imkan verəcək.
Bu üzvlük Öyrənmə və İdarəetmə Sisteminin (LMS – Learning Management System) yeniliklərindən yararlanmağa fürsət verərək, Moodle platforması əsasında yaradılan distant tədris - OTK və onlayn qiymətləndirmə - "ProctorDİM" kimi paltformalarının inkişafına da imkan verəcək.
15 Noyabr 16:55
1 722
14 Noyabr 19:54
2 156
14 Noyabr 19:10
2 289