11 Noyabr 23:45
11 Noyabr 23:42
08:03
266
Ermənistan faktiki olaraq KTMT-dən çıxıb, bunu rəsmi İrəvan çoxdan planlaşdırıb.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
Xatırladaq ki, təşkilatın baş katibi Taalatbek Masadılkov Ermənistanın faktiki olaraq KTMT-dən çıxdığını bildirib. O qeyd edib ki, Ermənistan tərəfi müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə qatılmır.
Baş katib hesab edir ki, bu vəziyyət KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqəlidir və Ermənistan faktiki olaraq təşkilatdan özü çıxıb.
F.Kərimovun fikrincə, Ermənistan artıq başa düşüb ki, KTMT boş bir qurumdur, onun təşkilata üzv ölkələrin müdafiəsində heç bir gücü yoxdur, bu sadəcə Rusiyanın özünü müdafiə etmək üçün təşəbbüsü ilə yaradılan bir qurumdur.
Onu da qeyd edək ki, KTMT ölkələri Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Ermənistan bir neçə ildir öhdəlikləri yerinə yetirməyir.
“Bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyinə görə təşkilatın nizamnaməsinə əsasən onun səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu qərar qəbul edilib”, – deyə Peskov bildirib.
Cavid
08:14
77
08:09
420
11 Noyabr 23:17
868