Hökumətin hesabatı parlamentə təqdim edilib Hadisə

Hökumətin hesabatı parlamentə təqdim edilib

Nazirlər Kabineti hökumətin 2013-cü il üzrə hesabatını Milli Məclisə təqdim edib. Parlamentdən APA-ya verilən məlumata görə, hesabat prosedura uyğun olaraq bu sessiyanın beşinci plenar iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasizadə təqdim edəcək.
Qeyd edək ki, martın 4-də Milli Məclisin yaz sessiyasının 4-cü plenar iclası keçiriləcək.