Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
Azərbaycan bu il 21 ölkəyə 20 mln. tondan artıq neft ixrac edib - SİYAHI
Anar Quliyev: Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir
Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
22 Fevral 2021 12:54
1 540
Bakıda tıxacların aradan qaldırılması üçün görülən işlər açıqlanıb.
Trend-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün keçirilən brifinqdə deyib ki, ökəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq və bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə, Bakı-Sumqayıt yolunun “ 20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri cari ilin iyun ayında başa çatdırılıb.
Onun sözlərinə görə, bu işlərdən ən önəmlisi, Xırdalan dairəsindəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağının yaradılması işləridir.
S.Məmmədov həmçinin qeyd edib ki, yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək, yeni bir aşırımlı metal körpünün tikilməsi, bu ərazidə hərəkətin sıxlığını aradan qaldırıb.
13:00
21
12:58
56
12:38
266