Ermənistan silah alışında Vaşinqton razılaşmalarını nəzərə alacaq
Ermənistan silah alışında Vaşinqton razılaşmalarını nəzərə alacaq
Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olunub- FOTO - VİDEO
Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
Qriqoryan Ursula von der Leyenin müşaviri ilə "Tramp marşrutu"nu müzakirə edib
4 May 2021 11:57
1 869
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib.
APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinə dair tələb müəyyənləşib.
Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Eyni zamanda qanuna təklif edilən dəyişikliyə görə, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilib. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.