Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
2 İyun 2021 19:23
3 178
Əlilliyi müəyyən edilmiş uşaqların müavinətləri artacaq.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M. Quliyev deyib ki, bu gün Əmək və sosial siyasət komitəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı da 60 qanunvericilik aktına əlavə və dəyişikliklər müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub: “Dəyişikliklərdən biri “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” ifadəsinin qanunvericilikdən çıxarılması və bunun əvəzinə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin əlavə edilməsini nəzərdə tutur. Bu da imkan verəcək ki, uşaqlara da böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə müavinətlər müəyyənləşsin. Beləliklə, uşaqlara böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə əlilliyin müəyyən edilməsi ilə əlaqədar həmin uşaqların da müavinətlərində xeyli artım olacaq. Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.