Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
8 İyun 2021 19:51
3 017
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə jurnalistə qarşı hörmətsizlik edən xəstəxana rəhbərliyini cəzalandırıb.
TƏBİB-dən Trend-ə verilən məlumatda bildirilir ki, səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir:
"Jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb. Belə ki, Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov və cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib. Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.
Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək".