“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
18 İyun 2021 14:45
2 639
Azərbaycanda 3 ildən bir məcburi enerji auditinin keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.
Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Enerji auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (enerji auditorları) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
13 Dekabr 20:25
1 029
13 Dekabr 17:19
889
13 Dekabr 15:17
1 155