

18 Oktyabr 20:32
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb
“Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində mühüm rol oynayır”
KİV: Tramp yalnız Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətləri təklif edib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun iyunun 12-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə həmin gün Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.