Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib
KİV: ABŞ-ın yeni Ukrayna planı Rusiya əleyhinə sanksiyaların ləğvini əhatə edir
Səfir: Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir
Rusiya XİN: "3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir
Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb
28 İyul 2021 11:57
2 296
Vətən müharibəsində yaralanmış qazilərdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Protez-Ortopedik istehsalat və reabiltasiya mərkəzinin istehsalın keyfiyyətinə nəzarət üzrə mütəxəssisi Kənan Pirizadə bildirib. Onun sözlərinə görə, ümumilikdə, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub:
“Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı qazandırır”.
K.Pirizadə deyib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazi ən son texnologiyalı protezlə təmin ediləcək:
“Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir. Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər. Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir”.

