Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
1 Oktyabr 2021 08:32
2 429
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.
Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında COVID-19-a qarşı birinci doza və ya immunitet sertifikatı tələb olunur. COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə ("Check App") vasitəsi ilə həyata keçiriləcək.