“Anormal hava şəraiti risk qrupları üçün təhlükəlidir”
16 Fevral 21:52
16 Fevral 21:52
16 Fevral 20:56
16 Fevral 20:43
16 Fevral 17:16
14 Fevral 2022 13:22
2 877
Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına görə, partiya sədrinin şikayəti təmin edilməyib.
Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.
16 Fevral 20:25
1 001
16 Fevral 18:57
1 057
16 Fevral 18:26
959