2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
4 Dekabr 23:28
4 Dekabr 23:08
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumistifadəli, telekommunikasiya şəbəkəsindən istifadə zamanı yaradılan maneələr barədə bir sıra özəl internet servis provayderlərinin müraciətləri ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Dövlət Xidmətindən verilən məlumata görə, işə baxılması zamanı “Aztelekom” MMC tərəfindən telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkilinin, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağı bildirilib, xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində baxılacağına zəmanət verilib.
Bununla yanaşı, Dövlət Xidmətinin qərarında “Aztelekom” MMC tərəfindən telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının müraciətlərinə baxılmasının, habelə şəbəkəyə giriş, icarə üzrə aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaların qəbul edilməsinin, icarə tariflərinin müəyyənləşdirilməsinin, sənədlərin rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il tarixədək təmin edilməsinin zəruriliyi qeyd olunub.
Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom” MMC-nin üzərinə götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam verilib.
Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” MMC tərəfindən yuxarıda göstərilən öhdəliklərin yerinə yetirilmədiyi halda Dövlət Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi əks olunub.