
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA-ları vura biləcəklər
ABŞ Senatı hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir
KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur
Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 24 fevral tarixində Xocalı soyqırımı yad edilib.
Xocalıda həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı İsə Xəmmədov çıxış üçün Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevə söz verib.
H.Hacıyev öz çıxışında qonaqları salamlayıb və bu soyqırımın bir tək Azərbaycan xalqına qarşı deyil həmçinin bütün insanlığa qarşı işlədilmiş bir cinayət olduğunu ifadə edib.
Sonra “Beez Uşaq Teatrı”nın qurucusu və bədii rəhbəri Binəli İslamoğlunun ssenarisini yazdığı və rejissorluğunu etdiyi “Ana laylası” adlı tamaşa göstərilib.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək Xocalı soyqırımının dünyadakı hüquqi yerini tapması üçün Azərbaycan hökumətinin apardığı fəal işlərdən danışıb, Azərbaycan Ali baş komandanının güclü siyasəti və müzəffər ordunun yenilməzliyi nəticəsində bütün şəhidlərin qisasının alındığını vurğulayıb.
Türkiyə Respublikasının Gürcüstandakı səfirliyinin Din İşləri müşaviri Əhməd Erdem də öz çıxışı zamanı Türkiyənin Azərbaycanla qardaş ölkə olduğunu qeyd edib və Azərbaycanın hər zaman yanında olduqlarını ifadə edib.
Anım mərasimində ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif qeyri hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Mərasimin sonunda Xocalı şəhidləri adına ehsan süfrəsi açılıb.
Cavid