
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Mən Şuşada birinci Beynəlxalq Kulinariya Festivalının bir hissəsi olmaqdan xoşbəxtəm və qürur duyuram.
Bunu Trend-ə məşhur fransalı kulinar, beynəlxalq səviyyəli usta Siril Ruke deyib.
"Mən Azərbaycana birinci dəfə gəlmişəm və Şuşada bu cür beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etməkdən məmnunam. Mən bu şəhəri, onun ətrafını, gözəlliklərini ilk dəfə görürəm. Bu məqamı Azərbaycan xalqı ilə bölüşməkdən məmnunam, çünki bilirəm ki, burada olmaqdan çox xoşbəxtsiniz və Şuşa sizin üçün çox vacibdir. Mən Şuşanı, onun ruhunu çox sevdim və onun qədim tarixini, mədəniyyətini diqqətlə araşdırıram", - deyə o bildirib.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.