10 Aprel 2025 20:26
6 559
Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.
Xalqcebhesi.az xəbər verir ki, bu gündən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunur.
Təqdimatda iştirak edən mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani pavilyonlarda nümayiş olunan mədəni sənət nümunələri, ölkənin milli mətbəxi ilə tanış olublar.
Mədəniyyət nazirin müavini Fərid Cəfərli 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərini və bu günlərdə Bakıda keçirilən Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətindən danışıb.
Nazir müavini Azərbaycan-Qətər mədəni əlaqələrinin bundan sonra da inkişafından əminliyini ifadə edib.
Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.
25 Mart 16:21
1 302
23 Mart 22:02
2 709
23 Mart 17:27
2 961